• cümə axşamı, 28 mart, 18:59
  • Baku Bakı 13°C

Prezident: "Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur"

30.10.17 15:20 1855
Prezident: "Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur"
"Bakı-Tbilisi-Qarsdəmir yolunun açılışı münasibəti ilə sizi təbrik edirəm. Bu təntənəli mərasimə qardaş, dost ölkələrdən qonaqlar gəlib. Burada Türkiyə prezidenti, Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirləri, Tacikistan və Qırğızıstandan nümayəndələr iştirak edir. Bunun özü layihənin əhəmiyyətini təsdiqləyir".
APA-nın məlumatına görə, bunu bu günBakı-Tbilisi-Qarsdəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Azərbaycan prezidentiİlham Əliyevdeyib.
Prezident bildirib ki, bu, tarixi, strateji əhəmiyyətli layihədir: "Bakı-Tbilisi-Qarsdəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. İlk mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon ton yükün daşınması nəzərdə tutulur.Bakı-Tbilisi-Qarsdəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yol sabitliyə, təhlükəsizliyə xidmət edəcək, qarşılıqlı sərmayə artacaq, turizm inkişaf edəcək.Bakı-Tbilisi-Qarsdəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq. Bundan əvvəl - 2006-cı ildəBakı-Tbilisi-Ceyhanneft kəmərinin açılışını etmişik. Bu kəmər Xəzər dənizini Aralıq dənizini birləşdirən infrastruktur layihəsidir. Bu neftlə Xəzərin şərq hissəsindən də neft ixrac edilir.Bakı-Tbilisi-Ərzurumqaz kəməri də 3 ölkənin əməkdaşlığı nəticəsində inşa olunub və 10 ildir, uğurla fəaliyyət göstərir. Bu üç ölkə elektrik xətlərini də birləşdirib".
Dövlət başçısı qeyd edib ki,Bakı-Tbilisi-Qarsdəmir yolunun tikintisi Azərbaycan, Türkiyə və Gürcüstanın dostluğunun, qardaşlığının nəticəsidir: "Bu ölkələr bölgə və dünya üçün əhəmiyyətli layihələr ərsəyə gətirir. Hazırda Cənub Qaz Dəhlizi uğurla icra olunur. TAP layihəsinin icrası 60 faizə yaxındır. Əvvəllər neft-qaz sahəsində layihələri icra etməsəydik, bu günBakı-Tbilisi-Qarsdəmir yolu barədə ancaq danışa bilərdik".
banner

Oxşar Xəbərlər