• cümə, 19 Aprel, 08:58
  • Baku Bakı 13°C

Azərbaycan Prezidenti: “Azad etdiyimiz ərazilərdə dağıntılar bizim gözlədiyimizdən də artıq idi”

13.04.21 10:08 439
Azərbaycan Prezidenti: “Azad etdiyimiz ərazilərdə dağıntılar bizim gözlədiyimizdən də artıq idi”
"Azad etdiyimiz ərazilərdəki dağıntılar bizim gözlədiyimizdən də artıq idi”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, ermənilərin bizim şəhər və kəndlərimizə nələr etdiklərindən az-çox xəbərimiz vardı: "Zaman-zaman videolarda görürdük, həmin ərazilərə gedən beynəlxalq nümayəndələrin verdiyi məlumatları eşidirdik. Lakin azad etdiyimiz ərazilərdəki dağıntıların bizim gözlədiyimizdən də artıq olduğunu gördük”.

banner

Oxşar Xəbərlər