• cümə, 29 Mart, 09:50
  • Baku Bakı 5°C

Azərbaycan prezidenti Avropa Parlamentinin komitə sədrini qəbul edib

22.05.17 12:20 1160
Azərbaycan prezidenti Avropa Parlamentinin komitə sədrini qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevAvropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısıİlham ƏliyevDevid MakAlisterin böyük nümayəndə heyəti ilə ölkəmizə səfəri zamanı əməkdaşlıq və tərəfdaşlıq əlaqələri ilə bağlı səmərəli fikir mübadiləsi aparılacağına və səfərin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.

Nümayəndə heyətinin Azərbaycandakı geniş səfər proqramına toxunan prezidentİlham Əliyevbu səfərin ölkəmiz iləAvropa Parlamentivə ümumilikdə Avropa təsisatları ilə əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

D. MakAlister isə Azərbaycana və o cümlədən regiona səfər proqramları barədə prezidentİlham Əliyevə məlumat verib. O, Avropa Parlamentində təmsil olunan müxtəlif siyasi qrupların üzvlərinin nümayəndə heyətinin tərkibinə daxil olduğunu deyib. D. MakAlister bildirib ki, səfərin məqsədi Azərbaycandakı vəziyyətlə yaxından tanış olmaqdır.

Görüşdə Azərbaycanda son illərdə gedən proseslər, AzərbaycanınAvropa İttifaqıilə əməkdaşlığı və onun perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət, insan haqları, fikir azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər