• cümə, 29 Mart, 01:42
  • Baku Bakı 7°C

Azərbaycan prezidenti: “Avropa İttifaqı ilə əlaqələrimizin genişləndirilməsi üçün səylər göstərməyə hazırıq”

16.06.17 12:35 1301
Azərbaycan prezidenti: “Avropa İttifaqı ilə əlaqələrimizin genişləndirilməsi üçün səylər göstərməyə hazırıq”
Azərbaycan prezidentiİlham ƏliyevAvropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarıYohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, dövlət başçısı Brüsselə son səfərini məmnunluqla xatırlayaraq səfər zamanı səmərəli müzakirələrin və danışıqların aparıldığını deyib, bu danışıqların əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı birgə yanaşmanı bir daha nümayiş etdirdiyini vurğulayıb.
Prezidentİlham ƏliyevAzərbaycanlaAvropa İttifaqıarasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların səfərin növbəti günü başlamasının rəmzi xarakter daşıdığını vurğulayıb və bu danışıqların uğurla davam etdirildiyini deyib. Ölkəmizin Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu bildirən dövlət başçısı əlaqələrimizin strateji xarakter daşıdığını və uzun illərə hesablandığını qeyd edib, əməkdaşlığımızın sabitlik və təhlükəsizlik şəraitində davam etdirildiyini diqqətə çatdırıb.
ÖlkəmizinAvropa İttifaqıilə əməkdaşlığının gündəliyində siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və digər sahələri əhatə edən geniş məsələlərin durduğunu qeyd edən prezidentİlham ƏliyevAzərbaycan tərəfinin əlaqələrimizin daha da genişləndirilməsi üçün səylər göstərməyə hazır olduğunu bildirib.
Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarıYohannes HanAzərbaycan prezidentini Qurtuluş Günü münasibətilə təbrik edib. Prezident İlham Əliyevin Brüsselə son səfərinə toxunan qonaq səfərin uğurlu keçdiyini, məhz bu səfərdən sonra AzərbaycanlaAvropa İttifaqıarasında tərəfdaşlıq sazişi üzrə danışıqların başlandığını qeyd edib və danışıqların konstruktiv ruhda davam etdirildiyini bildirib.Avropa İttifaqıilə Azərbaycanın ikitərəfli münasibətlərə təsir göstərə biləcək məsələlərin həlli yollarını müəyyənləşdirməsinin vacibliyini vurğulayan Y. Han əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd edib. O bildirib ki,Avropa İttifaqıqonşu ölkələrdə sabitliyin mövcud olmasında maraqlıdır və Azərbaycan regionda və daha geniş məkanda bu baxımdan mühüm rol oynayır.
Söhbət zamanı Azərbaycan iləAvropa İttifaqıarasında viza rejiminin sadələşdirilməsi, həmçinin enerji və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı məsələlər müzakirələr olundu, bu sahələrdə yaxşı perspektivlərin olduğu vurğulanıb.
Görüşdə, həmçinin regional məsələlər ətrafında fikri mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər