Azərbaycan prezidenti ata Buşa başsağlığı məktubu göndərib
Prezidentİlham ƏliyevABŞ-ın 41-ci prezidenti Corc Herbert Uoker Buşa başsağlığı məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir: "Zati-aliləri!
Həyat yoldaşınız, xanım Barbara Buşun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".