• şənbə, 20 Aprel, 04:57
  • Baku Bakı 15°C

Azərbaycan prezidenti Almaniyanın xarici işlər nazirini qəbul edib

23.10.14 13:41 932
Azərbaycan prezidenti Almaniyanın xarici işlər nazirini qəbul edib
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayeri qəbul edib.
APA-nın xəbərinə görə, Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, təhlükəsizlik və digər istiqamətlərdə inkişafı və görüləcək işlərlə bağlı müzakirələrin aparılması üçün yaxşı fürsət yaratdığını qeyd edən dövlət başçısı əməkdaşlığımızın geniş sahələri əhatə etdiyini vurğulayıb.
Nazir Frank-Valter Ştaynmayer ölkəmizə son səfərini məmnunluqla xatırlayıb, həmin səfərdən keçən dövr ərzində Bakıda çox böyük inkişafın şahidi olduğunu qeyd edib. O, Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən təhsil, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər