• çərşənbə axşamı, 23 aprel, 15:47
  • Baku Bakı 24°C

Azərbaycan prezidenti ABŞ-ın “John Deere” şirkətinin rəhbərini qəbul edib

15.06.17 10:50 1126
Azərbaycan prezidenti ABŞ-ın “John Deere” şirkətinin rəhbərini qəbul edib
Azərbaycan prezidentiİlham Əliyev"John Deere” şirkətinin sədri və baş icraçı direktoru Samuel Alleni qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycanın "John Deere” şirkəti ilə artıq 10 ildən çoxdur səmərəli əməkdaşlıq həyata keçirdiyini qeyd edən dövlət başçısı ölkəmizin bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirib.

Prezidentİlham ƏliyevAzərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı geniş proqramların qəbul edildiyini və bu proqramların artıq yaxşı nəticələr verdiyini deyib, bu baxımdan Azərbaycanda kənd təsərrüfatı texnikası, o cümlədən "John Deere” şirkətinin istehsal etdiyi məhsullar üçün böyük bazarın mövcud olduğunu qeyd edib. Kənd təsərrüfatı ilə bağlı planların həyata keçirilməsi üçün müasir texnikanın önəmindən danışan dövlət başçısı vurğulayıb ki, ölkəmiz bu sahədə məhsuldarlığın və səmərəliliyin artırılması üçün müasir texnologiya və avadanlıqların tətbiqində maraqlıdır.

Prezidentİlham ƏliyevAzərbaycanın kənd təsərrüfatı sahəsində uğurlar qazandığını qeyd edərək bu sahədə ixracın artıq genişləndiyini vurğulayıb, ölkəmizin ümumi daxili məhsulunda kənd təsərrüfatının payının bundan sonra da artacağına əmin olduğunu bildirib.

Azərbaycana ilk dəfədir səfər etdiyini deyən "John Deere” şirkətinin sədri və baş icraçı direktoru Samuel Allen bu səfərlərin davamlı olacağına əminliyini ifadə edib. S. Allen artıq ölkəmizdə mühüm kənd təsərrüfatı texnikası istifadəçiləri ilə görüşdüyünü məmnunluqla qeyd edərək bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən hazırkı və gələcək layihələrə göstərilən maraq çox yüksək səviyyədədir.

Görüşdə Azərbaycanın "John Deere” şirkəti ilə əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər