• şənbə, 20 Aprel, 04:19
  • Baku Bakı 15°C

Azərbaycan Premyer Liqasının püşkü atıldı

21.07.15 12:38 922
Azərbaycan Premyer Liqasının püşkü atıldı
Bu gün Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün püşkatma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, tədbir AFFA-nın inzibati binasında baş tutub.
Mərasimə çempionatın 10 iştirakçısı qatılıb. Püşkatma zamanı ilk turun 5 cütü müəyyənləşib.
Bu cütlər avqustun 8-9-da üz-üzə gələcəklər.
Azərbaycan Premyer Liqası
I tur
8-9 avqust
“Qəbələ” – “Qarabağ”
"Xəzər Lənkəran" - "İnter"
"Rəvan" - "Sumqayıt"
"Zirə" – AZAL
"Neftçi" - "Kəpəz"
Qeyd edək ki, sayca 24-cü olan ölkə çempionatında çıxış edəcək 10 komandadan 7-si ötən mövsümdə elitada çıxış edənlərdi. Bunlar “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt” klublarıdı. “Kəpəz”, “Rəvan” yenidən Premyer Liqada çıxış edəcəksə, “Zirə” debütantdı. Çempionatın tam təqvimi isə bir neçə gün sonra dəqiqləşəcək.
banner

Oxşar Xəbərlər