• çərşənbə axşamı, 16 aprel, 10:36
  • Baku Bakı 14°C

Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq

28.02.17 10:40 821
Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.
"Report”un məlumatına görə, son oyun günündə iki matç keçiriləcək.
"Kəpəz” Gəncədə "Qəbələ”ni, "Qarabağ” isə Suraxanıda "İnter”i qonaq edəcək.
"Qarabağ”la eyni – 42 xala malik olmasına rəğmən, şəxsi görüşdə Ağdam klubunu üstələdiyi üçün zirvədə qərarlaşan "Qəbələ”ni çətin Gəncə səfəri gözləyir. Düzdür, "qırmızı-qaralar” cari çempionatda "Kəpəz”i ilk iki dövrənin oyunlarında məğlub edə bilib. Lakin istər Tellur Mütəllimov və Baqali Dabonun (2:0), istərsə də Filip Ozobiçlə Ruslan Qurbanovun qolları ilə əldə olunan qalibiyyətlər ev matçlarında baş verib.
Əslində, bu kollektivlər XIV turda Nizami yurdunda üz-üzə gəlməliydi. Ancaq "Kəpəz” Peşəkar Futbol Liqasına müraciət edərək, Gəncə şəhər stadionunun 4 gün ərzində 2 oyun qəbul edəcəyi təqdirdə ot örtüyünün yararsız hala düşmə ehtimalının olduğunu bildirib və görüşün yerinin dəyişdirilməsini xahiş edib. Bu səbəbdən "Qəbələ” cari mövsümdə ilk dəfə "Kəpəz”lə səfərdə qarşılaşacaq.
"Kəpəz” - "Qəbələ” duellərində üstünlük "qırmızı-qaralar”ın tərəfindədir. Gəncəlilər 14 matçdan 4-də, rəqib isə 6-da qalib gəlib. Ancaq "Kəpəz”in 7 ev oyunundan yalnız 1-də "Qəbələ”yə uduzduğunu da qeyd edək.
Liderlə eyni xala malik olan "Qarabağ”ın cari çempionatda məğlub edə bilmədiyi bir komanda var – "İnter”. 33 xalla 3-cü pillədə qərarlaşan paytaxt təmsilçisi Ağdam klubundan 9 xal geri qalsa da, rəqibinə yenilməyib. İlk dövrədəki matçda Reynaldonun hesabı açdığı matçda Ruslan Abışovun dublu sayəsində qalib gələn "ağ-göylər”, ikinci dueldə də 0:0 hesablı heç-heçəyə nail olublar.
"Qarabağ”la "İnter” bu gün 50-ci – yubiley oyununda üz-üzə gələcək. Əvvəlki 49 qarşılaşmanın 21-də Ağdam klubu, 11-də isə paytaxt təmsilçisi qalib gəlib. Ardıcıl 15 səfərdə qələbə üzü görməyən "İnter” 5 oyundur rəqib meydanında qol vura bilmir.
Azərbaycan Premyer Liqası
XX tur
28 fevral (çərşənbə axşamı)
15:00 "Kəpəz” – "Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
İlk iki dövrə - 0:2, 1:2
18:00 "Qarabağ” – "İnter”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
"Azersun Arena”
İlk iki dövrə - 1:2, 0:0
banner

Oxşar Xəbərlər