• cümə, 19 Aprel, 14:51
  • Baku Bakı 25°C

Azərbaycan Premyer Liqasında XIX tura paytaxtda start veriləcək

18.02.17 11:15 1294
Azərbaycan Premyer Liqasında XIX tura paytaxtda start veriləcək
Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək. "Report"un məlumatına görə, günün hər iki oyunu paytaxtda baş tutacaq.
İlk matçda "İnter"lə "Zirə" üz-üzə gələcək. "İnter Arena"dakı matçda bu komandalar avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaqlar. Hazırda "İnter" 32 xalla 3-cü, "Zirə" isə 22 xalla 5-ci pillədə qərarlaşıb. İki klub Premyer Liqa tarixində 7-ci dəfə qarşılaşacaq. Əvvəlki 6 oyunda komandalar hərəyə 1 dəfə qələbə qazanıbsa, 4 oyunda qalib müəyyənləşməyib. Topların nisbəti də bərabərdir - 4:4. Bununla belə, "İter" "Zirə"yə heç vaxt öz meydanında uduzmayıb. Cari mövsümdə hər iki matç eyni – 1:1 hesablı heç-heçə ilə nəticələnib. "İnter” 4 oyundur meydanı qolsuz tərk etmir.
Günün daha bir oyunu ölkənin ən zəngin tarixə malik komandaları "Neftçi" və "Kəpəz" arasında keçiriləcək. Tərəflər 46-cı dəfə üz-üzə gələcəklər. Əvvəlki qarşılaşmaların 21-də paytaxt, 17-də Gəncə şəhər təmsilçisi qələbə qazanıb, 7 oyunda qalib müəyyənləşməyib. Topların nisbəti də bakılıların xeyrinədir - 69:43. Son iki oyunda meydan sahibi olan tərəf 2 cavabsız qolla qalib gəlib. Meydan sahibi olan komanda ardıcıl 5 görüşü qolsuz tərk etməyib.
Hazırda "Neftçi" 16 xalla 6-cı, "Kəpəz" 15 xalla 7-ci pillədədir. Gəncəlilər ötən tur turnir cədvəlində onları keçməyi bacaran flaqmanı yenidən üstələmək üçün mütləq qalib gəlməlidir. "Neftçi" isə "Zirə"nin "İnter Arena"da mümkün məğlubiyyətindən yararlanaraq, qələbə sayəsində özündən əvvəlki komanda ilə xal fərqini 3-ə endirə bilər.
Azərbaycan Premyer Liqası, XIX tur
18 fevral (şənbə)
15:30. "İnter” – "Zirə”
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Kərim Ağayev
"İnter Arena”
18:00. "Neftçi” – "Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Füzuli Nəcəfov
"Bakcell Arena”
banner

Oxşar Xəbərlər