• cümə, 29 Mart, 11:47
  • Baku Bakı 5°C

Azərbaycan Premyer Liqasında IV tura iki oyunla start verilib

10.09.17 09:00 1447
Azərbaycan Premyer Liqasında IV tura iki oyunla start verilib
Azərbaycan Premyer Liqasında IV tura sentyabrın 9-da keçirilmiş iki oyunla start verilib.
AZƏRTACxəbər verir ki, turun açılış oyununda "İnter" və "Kəpəz" komandaları üz-üzə gəlib.
"İnter Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "İnter" ardıcıl 2-ci qələbəsini qazanıb. "Kəpəz" isə 3-cü məğlubiyyətinin acısını yaşayıb.
Günün digər oyununda "Qəbələ" "Zirə"ni sınağa çəkib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bununla da hər iki komanda çempionatda ilk heç-heçəsini edib. "Zirə" isə ilk dəfə xal itirib.
Tura bu gün keçiriləcək "Sumqayıt" - "Neftçi" matçı ilə yekun vurulacaq. "Qarabağ"ın "Səbail"lə görüşü isə təxirə salınıb.
banner

Oxşar Xəbərlər