• cümə axşamı, 25 aprel, 19:36
  • Baku Bakı 21°C

Azərbaycan Portuqaliya ilə muzeylərin inkişafı üzrə birgə layihələrdə əməkdaşlıq etməkdə maraqlıdır

20.01.18 17:40 828
Azərbaycan Portuqaliya ilə muzeylərin inkişafı üzrə birgə layihələrdə əməkdaşlıq etməkdə maraqlıdır
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyaya səfər çərçivəsində bu ölkənin mədəni irs üzrə icraçı direktoru Paula Araujo da Silva ilə görüşüb.
Mədəniyyət və Turizm Nazirliyindən Trennd-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Muzeydə əmanətlərin qorunması, saxlanması və qarşılıqlı sərgilərin keçirilməsi üzrə məsələlərdən söhbət açılıbr.
Ə.Qarayev ölkəmizdə bu sahədə görülən işlər haqqında geniş məlumat verib, gələcəkdə Azərbaycan və Portuqaliya arasında muzeylərin inkişafı üzrə birgə layihələrdə əməkdaşlıq edilməsini təklif edib.
Görüşdən sonra nazir Lissabonun Milli Azulejo Muzeyi ilə tanış olub və Azərbaycan muzeylərinin bu muzeylə birgə əməkdaşlıqda maraqlı oldğunu bildirib. Sonda Ə.Qarayev muzeyin xatirə dəftərinə ürək sözlərini yazıb.
banner

Oxşar Xəbərlər