• cümə, 19 Aprel, 13:47
  • Baku Bakı 25°C

Azərbaycan pilotlu və pilotsuz vasitələri döyüşlərdə tətbiq edən ikinci ölkədir

13.04.21 20:52 465
Azərbaycan pilotlu və pilotsuz vasitələri döyüşlərdə tətbiq edən ikinci ölkədir
Vətən müharibəsi ümumiyyətlə şiddətli və intensiv xarakterə malik olub. Düşmən hər mövqelər uğrunda ciddi müqavimət də göstərib. Bu müharibədə qələbə şübhəsiz ki, hərbçilərimizin peşəkarlığı və qəhrəmanlığı hesabına əldə olunub. Bu tarixi missiyanı icra edən məhz Azərbaycan əsgəridir.
Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O qeyd edib ki, Ermənistan müharibə başlayandan 5 gün sonra artıq atəşkəs əldə etmək üçün ciddi cəhdlər edirdi:
"Təbii ki bizim texniki təchizatımız da yüksək səviyyədə olub. Ermənistanın məğlubiyyəti artıq qaçılmaz idi. Bu müharibədə qələbə qazanmaq üçün yeni silahlı mübarizə metodlarının tətbiqi də mühüm rol oynayıb. Azərbaycan bu qələbədə yeni metodların tətbiqinə imza atmış oldu.
Biz bir neçə ölkənin hərbi qurumlarının, Müdaifə Nazirliklərinin, tanınmış generallarının artıq Azərbaycanın bu müharibədə tətbiq etdiyi yeni nəsil texnika barədə verdiyi bəyanatlarla tanışıq. Biz yeni nəsil müharibə dedikdə bəzən onun üzərindən susqunluqla keçirik. Azərbaycan həm də kosmosa yerləşdirdiyi peyklərimizin xidmətlərindən yararlanaraq düşmən hədəflərini məhv edirdi. Yəni biz Ermənistan ərazisindən Qarabağ istiqamətində hərəkət edən bütün vasitələrin fəaliyyətini peyk vasitəsi ilə izləyirdik”.
Hərbi ekspert bildirib ki, pilotlu və pilotsuz vasitələrin döyüşlərdə tətbiqini Azərbaycan Türkiyədən sonra həyata keçirən ikinci ölkədir:
"Su 25-dən buraxılan raket və 20 kilometr düşməndən aralıda buraxılan raket, aviabombaların hədəfə lazerlə işarələləməklə yönləndirilməsi və pilotsuz vasitələrin tətbiqi... Bunlar çox mühüm addım və vacib məslələrdir. Çətin relyef, 30 il müddətində hazırlanmış ön xətt və kifayət qədər sıx minalanmış ərazi, o cümlədən bir neçə mərhələdən ibarət müdafiənin yarılması, məhz düşmənə qarşı yeni mübarizə üsullarının tətbiqi və onların bu üsulların qarşısında əlacsız qalması nəticəsində mümkün oldu”.
banner

Oxşar Xəbərlər