• çərşənbə, 17 Aprel, 03:05
  • Baku Bakı 14°C

Azərbaycan Pekində keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur

16.04.18 14:45 991
Azərbaycan Pekində keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur
Azərbaycan 16-18 aprel 2018-ci il tarixində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən "COTTM 2018” beynəlxalq turizm sərgisində təmsil olunur.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə sözügedən sərgidə qurumun Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cavid Abdullayev iştirak edir.
Ölkəmizi nazirliklə yanaşı, Azərbaycan Konqreslər Bürosu, "Şahdağ” Turizm Mərkəzi QSC, Azərbaycan Hava Yolları QSC (AZAL), "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs, eləcə də 18 yerli turizm şirkəti və 3 mehmanxana təmsil edir.
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 40 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün çin və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.
Tədbirdə ölkəmizlə yanaşı, 70-ə yaxın ölkə və təqribən 550 şirkət təmsil olunur.
banner

Oxşar Xəbərlər