• şənbə, 20 Aprel, 07:24
  • Baku Bakı 14°C

Azərbaycan paytaxtında möhtəşəm hərbi parad başlayıb

26.06.13 08:16 2272
Azərbaycan paytaxtında möhtəşəm hərbi parad başlayıb
APA-nın məlumatına görə, hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Silahlı Qüvvələrin yüksək rütbəli nümayəndələri, xarici diplomatlar, millət vəkilləri, dövlət və hökumət rəsmiləri iştirak edir.
Azərbaycanın ikinci müstəqilliyi dövründə dördüncü olan bu paradda Müdafiə Nazirliyinin ordu birləşmələrinin, sülhməramlı qüvvələr, xüsusi təyinatlı qüvvələrin, dəniz piyadaları Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin DİN Daxili Qoşunlarının, FHN Mülki Müdafiə Qoşunlarının, MTN Akademiyasının şəxsi heyətləri, həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrinin kursantları iştirak edir. Paradla əlaqədar olaraq Hərbi Dəniz Qüvvələri və DSX Sahil Mühafizəsinin gəmiləri də Bakı buxtasında lövbər salıb.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verib. Azərbaycan prezidenti hərbi paradda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti salamlayıb. Daha sonra Azərbaycanın dövlət himni oxunub. Azərbaycan prezidenti hərbi paradda nitq söyləyib.
Parada həmçinin Hərbi Hava Qüvvələrinin MiQ-29, Su-25, L-39 döyüş və təlim təyyarələri, Mi-24 və Mi-8/17 helikopterləri, DSX-nin Mi-35M, FHN-in Ka-32 və Mi-8 helikopterləri iştirak edir.
Bu ilki hərbi parad hərbi texnikaların say çoxluğu ilə fərqlənir. Parada Müdafiə Sənayesi Nazirliyi tərəfindən Azərbaycanda istehsal olunmuş “Gürzə” patrul maşını, “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri keçid edəcək. Xüsusi təyinatlı qüvvələrin istifadəsində yer alan, pulemyot və tank əleyhinə idarə olunan raket kompleksləri ilə silahlandırılmış “Gürzə” maşını ilk dəfədir parada nümayiş olunur.
Bundan başqa, hərbi paradda “Cobra”, “Land Rover Defender”, ZPT, “Storm Sufa” tipli zirehli və zirehsiz hərbi maşınlar, “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatları yer alır.
Bununla yanaşı nəqliyyat vasitələri üzərində Azərbaycan müəssisələrində istehsal edilmiş 82 mm çaplı minaatan da nümayiş etdirilir.
Paradda “Toçka-U” operativ taktiki raketləri, müxtəlif çaplı yedəkdə daşınan haubitsalar, 120 mm çaplı İsrail istehsalı olan «Cardom» avtomatik minaatanı, 120 mm çaprı TR-122 “Sakarya”, 300 mm çaplı 9K58 “Smerç”, İsrail istehsalı olan 120 və 160 mm çaplı reaktiv atəş sistemləri, “Qvozdika”, “Pion”, “Msta-S” özüyeriyən haubitsaları, TOS-1A “Solntsepyok” reaktiv alovsaçanı, modernləşdirilmiş T-72 “Aslan”, silahlanmaya yeni daxil olmuş “T-90 C” tankları, “BMP-2” və “BMP-3” tipli piyadaların döyüş maşınları tribuna önündən keçid edir.
Parada Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarına məxsus modernləşdirilmiş S-125 “Peçora”, “Strela-10”, S-200, S-300 “Favorit” zenit raket kompleksləri ilə yanaşı silahlanmaya yeni daxil olmuş «Buk-MB» zenit-raket kompleksi də qatılıb.
banner

Oxşar Xəbərlər