Azərbaycan Ordusunun şəhid olan hərbçisi Gəncədə dəfn edilib
Azərbaycan Ordusunun şəhid olan əsgəri Novruz HaxverdiyevGəncədədəfn edilib.
Qeyd edək ki, N.Hacverdiyev Vətən müharibəsində itkin düşən hərbçilərdən idi.
Allah rəhmət eləsin!
APA-nın yerlibürosununməlumatına görə, Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Haxverdiyev Novuz Əli oğlunun nəşi Daşkəsən rayonuna aparılıb. Şəhidin doğulduğu Alunitdağ qəsəbəsində keçirilən vida mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Şəhid N.Haxverdiyev Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Qeyd edək ki, N.Hacverdiyev Vətən müharibəsində itkin düşən hərbçilərdən idi.
Allah rəhmət eləsin!