• çərşənbə, 24 Aprel, 02:24
  • Baku Bakı 14°C

Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər

20.03.19 18:10 443
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 21-də Pakistan İslam Respublikasına rəsmi səfərə gedəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Pakistanın dövlət rəhbərliyi, hərbi və digər strukturlarının rəsmiləri ilə keçiriləcək görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub.
Bununla yanaşı, general-polkovnik Z.Həsənov martın 23-də Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda fəxri qonaq qismində iştirak edəcək.
Bir çox dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatılacağı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edəcək.
banner

Oxşar Xəbərlər