• şənbə, 20 Aprel, 04:47
  • Baku Bakı 15°C

Azərbaycan Ordusunun gücü, Vətən sevgisinin göstəricisi

09.04.18 09:30 776
Azərbaycan Ordusunun gücü, Vətən sevgisinin göstəricisi
Aprel döyüşləri Azərbaycan Ordusunun gücünün, bizlərin Vətən sevgisinin göstəricisi idi. Hər birimizin illərcə gözlədiyimiz gün gəlmişdi. Ermənilər özləri atəşkəsi pozmuş, torpaqlarımıza basqın etmişdilər. Lakin bir anda qarşılarında bizləri görəndə təşviş içində geri çəkilməyə, qaçmağa başladılar. Biz irəlilədikcə düşmən geri çəkilir, torpaqlarımızı boşaldırdılar. Bunlar hər birimizin görmək istədiyi mənzərə idi.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Aprel döyüşlərinin iştirakçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Taleh Hüseynov deyib.
T.Hüseynov bildirib: "Düşmən bu döyüşlərdə Azərbaycan Ordusunun gücünü hiss etdi, torpaqlarımızın bir hissəsini boşaltmaq zorunda qaldı. Bu gün də onlar o gecənin acısını çəkir, strateji əhəmiyyət malik zirvə və yüksəklikləri əldən verdikləri üçün özlərinə yer tapa bilmirlər. Aprel döyüşlərində şəhid olan hərbçi yoldaşlarımız oldu. Onların ruhunu şad etmək üçün torpaqlarımızı tam azad edəcəyik. Bu, hər birimizin Vətən qarşısında müqəddəs borcudur borcudur. Bu gün döyüş texnikası ilə tam şəkildə komplektləşdirilmişik. Məişətimiz yüksək səviyyədədir. Azərbaycan Ordusunun nümayəndəsi olaraq Ali Baş Komandanıma güvənir və döyüş əmrini gözləyirəm. Vətən torpağının bir hissəsinin azad edilməsində yaralandım, lakin torpaqlarımızın tam azad edilməsi uğrunda canımdan keçməyə hazıram. Vətənini hər şeydən əziz tutan, onun uğrunda canından keçən döyüşçülər olduğu halda bir qarış torpağımız düşmənin tapdağı altında qalmayacaq”.
Qeyd edək ki, Taleh Hüseynov Aprel döyüşləri zamanı qəhrəmanlığı ilə seçilib və hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalla təltif olunub. O, tank heyətinin tuşlayıcısıdır. Goranboy rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2012-2013-cü illərdə ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçir. Vətənpərvərliyi və nizam-intizami ilə seçilir. Vətən sevgisi onu yenidən ordu sıralarına qayıtmağa sövq edir. Gizir hazırlığı kursuna qatılan gənc tank heyətinin tuşlayıcısı kimi təhsilini başa vurur. Ön xətt hərbi hissələrin birində xidmətə başlayır. Aprelin ilk günlərindən döyüşlərə qatılan Taleh öz bacarığı və şücaəti ilə fərqlənir. Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Yoldaşlarına dayaq, düşmənə göz dağı olur. Ağır döyüşlərin birində əl, üz və bel nahiyələrindən yanıq, sağ ayağından isə qəlpə yarası alır və hospitala çatdırılır. Tez bir zamanda sağalan Taleh yenidən hərbi xidmət yerinə qayıdır.
banner

Oxşar Xəbərlər