• cümə axşamı, 25 aprel, 16:47
  • Baku Bakı 23°C

"Azərbaycan ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadirdir"

20.06.18 10:22 683
"Azərbaycan ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadirdir"
Müdafiə naziri, general-polkovnikZakir Həsənovhərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib.
APA-nın məlumatına görə,Zakir HəsənovHeydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin üçüncü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfində olub.
"Mexanikləşdirilmiş tağım hücumda” mövzusu üzrə məşğələnin keçirilmə planına uyğun olaraq, kursantlar tağım və manqa komandirləri rolunda çıxış edib, məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər.
Sonra müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsindəpraktiki atışların təşkili və icrasını izləyib, motoatıcı, tank artilleriya bölmələrinin hazırlığınıizləyib.
Təlim məşqlərin sonundaZakir Həsənovpoliqona dəvət olunmuş informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
Nazir Ali Baş Komandan İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi altında son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib.
Müdafiə naziri hərbi hissələrdə yerinə yetirilən fəaliyyətlər, aparılan islahatlar, əldə edilən nailiyyətlər, qarşıda duran vəzifə və tapşırıqlar barədə media nümayəndələrinin suallarını cavablandırıb.
banner

Oxşar Xəbərlər