• cümə, 19 Aprel, 19:47
  • Baku Bakı 24°C

Azərbaycan ordusu haqqında xoşagəlməz ifadələr işlədən qüvvələrdə Vətən sevgisi yoxdur

11.01.20 16:21 523
Azərbaycan ordusu haqqında xoşagəlməz ifadələr işlədən qüvvələrdə Vətən sevgisi yoxdur
Azərbaycan ordusu dünyanın ən hazırlıqlı orduları sırasındadır. Bu gün Azərbaycan ordusu, onun hazırlıq səviyyəsi, hərbi texnika ilə təchizi barədə kimsə şər-böhtan danışırsa, o, tamamilə qərəzli və yanlış düşünür.
Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan ordusu dünyanın ən hazırlıqlı orduları sırasında önəmli yerlərdən birini tutur:
"Mən özüm il ərzində müntəzəm olaraq cəbhəyanı bölgələrə və düşmənlə üz-üzə olan səngərlərə baş çəkirəm. Cəbhənin ən qaynar yerlərində əsgərlərlə görüşürəm. Həmin yerlərdə ordumuzun əsgərlərinin ən yüksək hazırlıq səviyyəsinin və döyüş ruhlarının çox yüksək səviyyədə olmasının şahidi oluruq. Həmçinin orada hərbi təminat, təchizat və əsgərlərin bütün istiqamətdə olan tələbatlarının yüksək səviyyədə olduğunu görürük".
E.Məmmədov qeyd edib ki, bu gün Azərbaycan ordusu haqqında xoşagəlməz ifadələr işlətmək tamamilə yanlış yanaşmadır: "Baş verən ən kiçik detalın Azərbaycanı istəməyən qüvvələr tərəfindən qabardılaraq ictimaiyyətə təqdim olunması heç də düzgün addım deyil. Çünki ordu bizim hər birimizə məxsusdur. Buna görə də orduya şəxsi mənafedən deyil, xalqın mənafeyindən yanaşmaq lazımdır. Ancaq görünür bu ünsürlərdə Vətən sevgisi demək olar ki yoxdur. Əgər olsaydı dövlətin ərazisini, müstəqilliyini və suverenliyinin qorunmasının əsas təmsilçisi olan Silahlı Qüvvələrə qarşı belə qarayaxma kampaniyasına başlamazdılar.
Ordumuzun döyüş qabiliyyəti, müasir silahlarla təchiz olunmaları, hərbçilərin həm fiziki, həm də hərbi hazırlıq səviyyəsi və zabitlərin professionallığı göz qabağındadır. Sadəcə olaraq, bəzi hallarda hərbi sirr baxımından hər şeyi demək mümkün olmur. Dünya ordularının döyüş qabiliyyəti, hərbi hazırlığı və təminatı haqda hesabat hazırlayan, bu sahə ilə yüksək səviyyədə məşğul olan beynəlxalq qurumlar var. Qərəzli danışan şəxslər onların hesabatlarına nəzər salsınlar, görsünlər ki, Azərbaycan ordusu dünyanın ən hazırlıqlı orduları sırasındadır.
Mən ordumla fəxr edirəm, qürur duyuram və inanıram ki, Ali Baş Komandanımızın əmri ilə Azərbaycan ordusu özünün nəyə qadir olduğunu göstərəcək və düşmən darmadağın olaraq torpaqlarımızdan geri çəkiləcək".
banner

Oxşar Xəbərlər