• cümə, 26 Aprel, 13:59
  • Baku Bakı 23°C

Azərbaycan ordusu gecə təlim keçirəcək - İlk dəfə

03.04.15 12:08 1051
Azərbaycan ordusu gecə təlim keçirəcək - İlk dəfə
Prezident İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında aprelin 5-dən Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə ilk dəfə olaraq gecə vaxtı irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayacaq.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 200-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 300-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş helikopteri və 8 ədəd döyüş təyyarəsi, həmçinin, qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri cəlb ediləcək.
Təlimlərdə Quru qoşunlarının birləşmə və hissələrinin idarə olunması, hücum əməliyyatlarının təşkili və aparılması, gecə vaxtı və məhdud görmə şəraitində tank və PDM qruplarının düşmənin müdafiə xəttini yarması, eyni zamanda taktiki hava desantının düşmən bölmələrinin arxasına atılması, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilməsi mövzularında tapşırıqlar yerinə yetiriləcək.
Gecə şəraitində motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışlı mərmi və raket buraxılışlarını, o cümlədən bombalamanı icra edəcəklər.
Təlimlər aprelin 10-dək davam edəcək.
banner

Oxşar Xəbərlər