• cümə, 19 Aprel, 01:57
  • Baku Bakı 18°C

Azərbaycan ordusu 23 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayır

19.06.17 11:30 896
Azərbaycan ordusu 23 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayır
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin təsdiq etdiyi plana əsasən bu gündən döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
"Report" xəbər verir ki, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.
Təlimlər iyunun 24-dək davam edəcək.
banner

Oxşar Xəbərlər