• cümə axşamı, 18 aprel, 23:11
  • Baku Bakı 21°C

Azərbaycan OPEK+ ölkələri nazirlərinin 5-ci iclasında təmsil olunur

04.12.18 12:00 549
Azərbaycan OPEK+ ölkələri nazirlərinin 5-ci iclasında təmsil olunur
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə energetika naziri Pərviz Şahbazov 4-7 dekabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclasında iştirak edəcək.
Energetika naziri 7 dekabrda isə OPEK Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEK və qeyri-OPEK nazirlərinin 5-ci görüşünə qatılacaq.

Səfər zamanı bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirməkdədir.

banner

Oxşar Xəbərlər