• cümə, 29 Mart, 16:14
  • Baku Bakı 14°C

Azərbaycan OPEK+ çərçivəsində neft hasilatının azaldılmasını dəstəkləyir

06.12.18 09:23 437
Azərbaycan OPEK+ çərçivəsində neft hasilatının azaldılmasını dəstəkləyir
Azərbaycan OPEK+ çərçivəsində neft hasilatının azaldılması ideyasını dəstəkləyir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan ölkələrin (OPEK+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclasının kuluarlarında bildirib.
Nazir qeyd edib: "Bəli, düşünürəm ki, bu istiqamətdə işləmək lazımdır".
O, həmçinin Monitorinq Komitəsinin iclaslarından birinin Bakıda keçiriləcəyinə ümid etdiyini deyib.
Qeyd edək ki, ötən gün Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan ölkələrin (OPEK+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclası Vyanada öz işinə başlayıb.
İclasda neft bazarındakı son durum, OPEK+ ölkələri tərəfindən neft hasilatının həcmi kimi məsələlər müzakirə edilib.
Qeyd edək ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vyanadadır və dekabrın 7-də OPEK Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEK və qeyri-OPEK nazirlərinin 5-ci görüşünə qatılacaq.
banner

Oxşar Xəbərlər