• çərşənbə, 24 Aprel, 09:11
  • Baku Bakı 13°C

Azərbaycan nümayəndə heyəti MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir

20.04.18 12:00 517
Azərbaycan nümayəndə heyəti MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Ayaz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin Rusiya Federasiyasının Kazan şəhərində keçirilən növbəti iclasında iştirak edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.
banner

Oxşar Xəbərlər