AZE | RUS | ENG |

Azərbaycan nümayəndə heyəti İranın neft naziri ilə görüşüb

Azərbaycan nümayəndə heyəti İranın neft naziri ilə görüşüb
İran İslam Respublikasında səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşüb.
 
APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Azərbaycan və İranın neft-qaz sahəsində əlaqələri və bu sahədə mövcud potensialdan istifadə olunmaqla əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
 
 Nazir Şahin Mustafayev ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan dünya əhəmiyyətli iri neft-qaz layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi barədə geniş məlumat verib və qeyd edib ki, İran tərəfindən Azərbaycana ümumilikdə 3,1 mlrd. ABŞ dolları investisiya yatırılıb ki, bunun da 2,95 mlrd. dolları neft sektoruna qoyulub.
 
Neft-qaz sahəsində Azərbaycan və İran şirkətlərinin fəaliyyətini qeyd edən iqtisadiyyat naziri təbii qaz mübadiləsi və yeraltı qaz anbarlarından istifadə imkanları, Xəzər dənizində yataqların birgə işlənməsi, neft-qaz maşınqayırması avadanlıqlarının Azərbaycanda birgə istehsalı, neft-kimya  sahəsində əməkdaşlıq və s. məsələlərə dair fikirlərini bildirib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9349
GEL 1 1 Gürcüstan larisi 0.6381
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1519
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1879
CHF 1 1 İsveçrə frankı 1.7131
KWD 1 1 Küveyt dinarı 5.5916
TRY 1 1 Türkiyə lirəsi 0.3187