• cümə, 29 Mart, 13:47
  • Baku Bakı 14°C

Azərbaycan nümayəndə heyəti İranın neft naziri ilə görüşüb

13.03.18 15:30 857
Azərbaycan nümayəndə heyəti İranın neft naziri ilə görüşüb
İran İslam Respublikasında səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədriŞahin Mustafayevİranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşüb.
APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Azərbaycan və İranın neft-qaz sahəsində əlaqələri və bu sahədə mövcud potensialdan istifadə olunmaqla əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
NazirŞahin Mustafayevölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan dünya əhəmiyyətli iri neft-qaz layihələri, o cümlədənBakı-Tbilisi-Ceyhan,Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi barədə geniş məlumat verib və qeyd edib ki, İran tərəfindən Azərbaycana ümumilikdə 3,1 mlrd. ABŞ dolları investisiya yatırılıb ki, bunun da 2,95 mlrd. dolları neft sektoruna qoyulub.
Neft-qaz sahəsində Azərbaycan və İran şirkətlərinin fəaliyyətini qeyd edən iqtisadiyyat naziri təbii qaz mübadiləsi və yeraltı qaz anbarlarından istifadə imkanları, Xəzər dənizində yataqların birgə işlənməsi, neft-qaz maşınqayırması avadanlıqlarının Azərbaycanda birgə istehsalı, neft-kimya sahəsində əməkdaşlıq və s. məsələlərə dair fikirlərini bildirib.
banner

Oxşar Xəbərlər