• çərşənbə axşamı, 16 aprel, 11:57
  • Baku Bakı 14°C

Azərbaycan nümayəndə heyəti İƏT Gənclər Strategiyası sənədinin müzakirəsinə qatılıb

09.01.18 18:45 751
Azərbaycan nümayəndə heyəti İƏT Gənclər Strategiyası sənədinin müzakirəsinə qatılıb
Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində səfərdədir.
Gənclər və İdman NazirliyindənAZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Gənclər Strategiyası sənədinin müzakirəsinə dair Hökumətlərarası ekspert qrupunun iclasında iştirak etməkdir.
Yanvarın 8-9-da keçirilən iclasda nazir müavini strategiyanın əhəmiyyəti, gənclərlə iş sahəsinin prioritetləri və beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyi haqqında çıxış edib. Eyni zamanda, İntiqam Babayev tərəfindən "Azərbaycan gəncliyi 2015-2025-ci illərdə Strategiyası”na dair məruzə də təqdim olunub.
Səfəri çərçivəsində nazir müavini 2018-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İƏT Gənclər və İdman Nazirlərinin 4-cü Konfransına hazırlıq məqsədi ilə İƏT Baş Katibliyi, İslam Konfransı Gənclər Forumu və İslam Həmrəyliyi İdman Federasiyasının nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıb.
banner

Oxşar Xəbərlər