• çərşənbə, 24 Aprel, 05:30
  • Baku Bakı 14°C

Azərbaycan nümayəndə heyəti "IDEX-2017" Beynəlxalq Müdafiə Sərgisində iştirak edir

19.02.17 18:22 882
Azərbaycan nümayəndə heyəti "IDEX-2017" Beynəlxalq Müdafiə Sərgisində iştirak edir
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə sayca 13-cü olan "IDEX 2017" Beynəlxalq Müdafiə Sərgisi öz işinə başlayıb.
"Report"un Əbu-Dabiyə ezam olunmuş əməkdaşının məlumatına görə, sərgiyə 45-dən çox ölkədən 1235 şirkət qatılıb.
Sərgidə bir sıra ölkələrin dövlət və hökumət başçıları da daxil olmaqla müdafiə nazirləri və digər müvafiq idarə rəhbərləri, xüsusilə Oman prezidenti Ömər əl-Bəşir iştirak edir.
Azərbaycan bu dəfə sərgidə ayrıca stendlə iştirak etmir. Azərbaycandan Əbu-Dabiyə fövqəladə hallar naziri, general-polkovnikKəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəhbəriElçin Quliyev, müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov yollanıb.
A.Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan artıq 5-ci dəfədir ki, ildən-ilə öz iştirakçı sayını artıran sərgidə iştirak edir. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti əvvəlcə şirkətlərin yenilikləri ilə tanış olacaq, ardınca müəyyən danışıqlar aparılacaq.
Qeyd edək ki, Yaxın Şərqin ən böyük müdafiə sərgisi iki ildən bir BƏƏ prezidenti, Əbu-Dabi əmiri şeyx Xəlifə ibn Zayed əl-Nəhyanın hamiliyi ilə keçirilir.
banner

Oxşar Xəbərlər