• cümə, 29 Mart, 12:47
  • Baku Bakı 14°C

Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib

28.05.17 16:43 977
Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib
Tiflisdə keçirilənNATOParlament Assambleyasının (PA) yaz sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti bu gün 28 May-Respublika Günü münasibətilə ulu öndər Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə,Milli Məclissədrinin birinci müavini, AzərbaycanınNATOPA-dakı nümayəndə heyətinin rəhbəriZiyafət Əsgərov, Milli Məclisin deputatlarıSiyavuş Novruzov, Qüdrət Həsənquliyev, Əflatun Amaşov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov abidənin önünə gül dəstələri düzüblər.
Z. Əsgərov jurnalistlərə açıqlamasında Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində Heydər Əliyevin böyük xidmətləri olduğunu bildirib: "28 May tarixinin də bayram günü kimi qeyd olunması Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə də dünyanın bir çox ölkəsində Heydər Əliyevin xatirəsi ehtiramla anılır. Biz də bu gün Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət etməklə, həm ehtiramımızı bildirdik, həm də milli bayramımızı qeyd etdik”.
banner

Oxşar Xəbərlər