• cümə, 29 Mart, 19:18
  • Baku Bakı 14°C

Azərbaycan nümayəndə heyəti Finlandiyadakı diaspor fəalları ilə görüşüb

29.04.17 18:47 955
Azərbaycan nümayəndə heyəti Finlandiyadakı diaspor fəalları ilə görüşüb
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullanın rəhbərlik etdiyi nümayəndə heyəti Finlandiyaya səfəri çərçivəsində bu ölkədəki diaspor təşkilatlarımızın fəalları ilə görüşüb.
Qafqaz Müsəlmanları İdarəsindənAPA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov olub.
Azərbaycanın Finlandiyadakı səfiri Adış Məmmədov Helsinkidə keçirilən "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusundakı konfrans və nümayəndə heyətinin Finlandiyanın dövlət rəsmiləri ilə keçirdiyi görüşlərlə bağlı diaspor üzvlərinə geniş məlumat verib. Dövlət müşaviri K. Abdulla Azərbaycanın dünya sivilizasiyasının ən qədim beşiklərindən biri, coğrafi baxımdan mədəniyyətlərin qovuşuğunda yerləşən və dini tolerantlığın hökm sürdüyü mədəniyyət ölkəsi olduğunu qeyd edib. Eyni zamanda Azərbaycan həqiqətlərinin Finlandiyada daha geniş yayılması zəruriliyindən söz açaraq, bu işdə diasporun üzərinə mühüm vəzifələrin düşdüyünü söyləyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M. Qurbanlı diasporun daha fəal olması, siyasi baxışlarından asılı olmayaraq xaricdəki azərbaycanlıların azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi üçün Azərbaycan dövlətinin lazım olan bütün dəstəyi verdiyini və bu dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, Azərbaycan dövləti bütün etnik qrupların öz dillərini, dinlərini, mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamasına və inkişaf etdirməsinə hər cür qayğı göstərir. Ölkəmizdə dövlət dəstəyi ilə sinaqoqlar, məbədlər, məscidlər və kilsələr tikilir: "Bütün bunlara görə ölkəmizin siyasətinin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsinin dəfələrlə şahidi olmuşam”.
Sonra nümayəndə heyəti həmvətənlərimizin problemləri, gündəlik qayğıları ilə maraqlanıb. Azərbaycanın Finlandiyadakı diasporunun nümayəndələri bu görüşü yüksək qiymətləndiriblər.
banner

Oxşar Xəbərlər