• cümə, 19 Aprel, 02:29
  • Baku Bakı 18°C

Azərbaycan-Norveç matçının hakimləri müəyyənləşib

08.09.18 18:00 592
Azərbaycan-Norveç matçının hakimləri müəyyənləşib
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Norveç yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.
"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, "Dalğa Arena”da keçiriləcək qarşılaşmanı San Marinodan olan hakimlər briqadası idarə edəcək.
Referi Barbeno Lukaya Françesko Lunardon və Salvatore Tuttifrutti yan xətt hakimləri, Mişel Skarpino isə dördüncü hakim qismində yardımçı olacaq.
Qeyd edək ki, sentyabrın 11-də keçiriləcək Azərbaycan-Norveç matçı saat 20:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər