Azərbaycan neftinin qiyməti 66 dollar/barrelə çatır

Azərbaycan neftinin qiyməti 66 dollar/barrelə çatır

İqtisadiyyat
02 Noyabr 2019, 15:30 1365
Azərbaycan neftinin qiyməti yenidən bahalaşıb.
AZƏRTAC xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,22 dollar artaraq 65,64 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.