Azərbaycan neftinin qiyməti 63 dollar/barreli ötüb
Azərbaycan neftinin qiyməti bahalaşıb.
AZƏRTACxəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,88 dollar artaraq 63,13 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.