• çərşənbə axşamı, 19 mart, 11:48
  • Baku Bakı 8°C

Azərbaycan neftinin gələcəyi üçün böyük əhəmiyyət

21.09.19 16:00 587
Azərbaycan neftinin gələcəyi üçün böyük əhəmiyyət
"Əsrin müqaviləsi”nin müddətinin uzadılmasının Azərbaycan neftinin gələcəyi üçün böyük əhəmiyyəti oldu.
AZƏRTACxəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə deyib.
"Azəri-Çıraq-Günəşli”də ötən müddətdə 492 milyon ton neft hasil olunub ki, onun 287 milyon tonu Azərbaycanın mənfəət neftidir. Bu da təxminən 58 faiz təşkil edir. Amma ildən-ilə mənfəət neftinin miqdarı artır. Çünki əvvəllər başqa xərclər də var idi. Elə bu ilin 8 ayını götürsək, "Azəri-Çıraq-Günəşli”dən 18 milyon neft hasil olunub ki, onun 13 milyon tonu Azərbaycanın mənfəət neftidir. Bu isə 73 faiz təşkil edir”, - deyə X.Yusifzadə bildirib.
O qeyd edib ki, yatağın işlənməsində böyük təcrübəsi olan BP və tərəfdaşları ilə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılması çox gözəl nəticə oldu. Orada da bizim yaxşı rəqəmlər qalır. Bizim 75 faiz mənfəət neftimiz qalır, 3,6 milyard bonus gəlir. 40 milyard xərcləyiblər, 40 milyard da xərclənəcək. Yenə 500 milyon ton neft hasil ediləcək. Öz tərəfdaşları ilə burada qalan BP, "Azəri-Çıraq-Günəşli”dən başqa digər strukturlarda da iş aparır, fəaliyyətini genişləndirir. Odur ki, Azərbaycan neftinin gələcəyi üçün bunun böyük əhəmiyyəti oldu.
"Əgər bu günədək xarici bazarlara 554 milyon ton Azərbaycan nefti çıxarılıbsa, onun təxminən 400 milyon tonu Bakı-Tbilisi-Ceyhanın payına düşür. İndi təsəvvür edin ki, bu kəmər olmasaydı, bu qədər neft xaricə necə çıxacaqdı?”, - deyə SOCAR-ın birinci vitse-prezidenti qeyd edib.
banner

Oxşar Xəbərlər