AZE | RUS | ENG |

Azərbaycan neftinin Avropaya tədarükü üçün yeni rəqabətqabiliyyətli marşrut yaradılır

Azərbaycan neftinin Avropaya tədarükü üçün yeni rəqabətqabiliyyətli marşrut yaradılır
Avrasiya neft-nəqliyyat dəhlizi Azərbaycan neftinin Avropaya tədarükü üçün ən rəqabətqabiliyyətli marşrutlardandır.

Bunu Trend-ə "Sarmatia" Beynəlxalq boru kəməri müəssisəsinin baş direktoru Sergey Skripka deyib.

Onun sözlərinə görə, Avrasiya neft-nəqliyyat dəhlizinin hələlik çatışmayan yeganə hissəsi Brodı-Plotsk neft kəməridir: "Bu layihə reallaşdırıldıqdan sonra Xəzər ölkələri neftin Avropa ölkələrinə tədarükü üçün yeni etibarlı marşrut əldə edəcəklər. Bu il biz layihənin texniki-iqtisadi əsaslandırılmasını həyata keçirmişik. Əsaslandırmanın nəticələri onu göstərib ki, Avropada Xəzər regionundan Azərbaycan neftinin tədarükünə maraq mövcuddur. Layihəmiz tərəfindən təklif olunan marşrut digər mövcud marşrutlara münasibətdə rəqabətqabiliyyətlidir".

S.Skripka vurğulayıb ki, texniki-iqtisadi əsaslandırılma çərçivəsində layihənin özünün parametrlərinin optimallaşdırılması həyata keçirilib. Nəticədə nəqlolunmanın planlaşdırılmış gücü bir qədər azaldılıb. Boru kəmərinin ilkin keçirmə gücü ildə 30 milyon ton nəzərdə tutulsa da, daha sonra bu rəqəm 20 milyon tona salınıb.

Qeyd edək ki, Avrasiya neft-nəqliyyat dəhlizinin uzunluğu 377 kilometr təşkil edəcək. Onun 120 kilometri Ukrayna, 257 kilometri Polşa ərazisindən keçəcək.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6321
GBP 1 İngilis funt sterlinqi 2.2216
TRY 1 Türk lirəsi 0.3012
KWD 1 Küveyt dinarı 5.6036
SEK 1 İsveç kronu 0.1892
EUR 1 Avro 1.9570
CHF 1 İsveçrə frankı 1.7059
USD 1 ABŞ dolları 1.7000