• cümə axşamı, 25 aprel, 19:19
  • Baku Bakı 21°C

Azərbaycan neftinin 1 bareli 73 dolları ötüb

18.08.18 23:42 733
Azərbaycan neftinin 1 bareli 73 dolları ötüb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 17-də 73,45 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,84 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 17-də 72,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 17-də 69,18 dollar/barel təşkil edib ki, əvvəlki qiymətdən 0,84 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 17-də 70,63 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,8 dollar/barel çoxdur.
banner

Oxşar Xəbərlər