• cümə axşamı, 25 aprel, 08:49
  • Baku Bakı 14°C

Azərbaycan neft məhsullarının ixracını 17 faiz artırıb

28.12.20 21:50 449
Azərbaycan neft məhsullarının ixracını 17 faiz artırıb

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 26,611 milyon ton neft ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz azdır.
Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, Azərbaycan 2020-ci ilin yanvar-noyabr aylarında 8,937 milyard dollar məbləğində neft ixrac edib. Bu, ötən ilin eyn dövrü ilə müqayisədə 36,1 faiz azdır.
Eyni zamanda, neft məhsullarının ixracı 994 934 ton neft məhsulu ixrac edib ki, bu da 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 17,1 faiz çox olub.
banner

Oxşar Xəbərlər