• cümə, 19 Aprel, 06:43
  • Baku Bakı 13°C

“Azərbaycan NATO üçün vacib tərəfdaşdır”

21.11.13 08:51 1164
“Azərbaycan NATO üçün vacib tərəfdaşdır”
NATO-nun zabit-koordinatoru: “IPAP - bizim əməkdaşlığımızın mühüm hissəsidir
Ötən il IPAP-ın növbəti fazası üzrə saziş imzalamışıq”. APA-nın xəbərinə görə, bunu NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Uilyam Lahyu bildirib.
Onun sözlərinə görə, Azərbaycan və NATO-nun tərəfdaşlıq proqramı çərçivəsində sıx əməkdaşlıq etməsi çox mühümdür: “Azərbaycan bizim üçün vacib tərəfdaşdır”.
“ISAF-ın Əfqanıstandan çıxarılacaq yüklərinin Bakı-Tiflis-Qars dəmir yolu ilə daşınması üçün Azərbaycanla razılaşma mövcuddurmu?” sualını U.Lahyu belə cavablandırıb: “Belə bir təklif var. Amma Bakı-Tiflis-Qars dəmir yolu hələ işə salınmadığından, yalnız layihə hazır olduqdan sonra bu barədə danışmaq olar”.
banner

Oxşar Xəbərlər