• cümə, 19 Aprel, 11:59
  • Baku Bakı 13°C

“Azərbaycan mövcud dövlət aktivlərini yenidən qiymətləndirməlidir"

16.03.18 12:50 665
“Azərbaycan mövcud dövlət aktivlərini yenidən qiymətləndirməlidir"
"Azərbaycan mövcud dövlət aktivlərini yenidən qiymətləndirməlidir".
"APA-Economics”in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən "İnnovasiya klasterlərinin yaradılmasında dövlət-özəl sektor əməkdaşlığı: mövcud aktivlər və yerli xammaldan səmərəli istifadə” mövzusunda konfransda bildirib.
N. Səfərovun sözlərinə görə, ölkəmizin neft-qaz, dəmir filizi kimi zəngin ehtiyatlara malikdir: "Bu ehtiyatlar həm ölkəmizdə istifadə olunmalıdır, həm də ölkəmizdən xaricə ixrac olunmalıdır. Yaxın zamanlarda SOCAR-Polymer polietilen və propilen məhsullarının istehsalına başlayacaq və bu məhsullar da xaricə ixrac ediləcək”
Nazir müavini deyib ki, SOCAR Polimerin qiymətləndirilməsinin birinci mərhələsi yekunlaşıb: "Hazırda təxminən 15-20 şirkətlə danışıqlar aparılır. Hansı ki, onlar Socar Polimerin istehsal etdiyi məhsullardan xammal kimi istifadə edəcək. Biz onların tələbatını və ehtiyaclarını öyrənirik".
banner

Oxşar Xəbərlər