Azərbaycan müxalifətinin daxilində birincilik savaşı

Azərbaycan müxalifətinin daxilində birincilik savaşı

Təfsilat
10 Sentyabr 2019, 19:45 136
Azərbaycan müxalifətinin daxilində birincilik savaşı yenidən start götürüb. Baxmayaraq ki, ortada nə seçki var, nə də hakimiyyətə gəlmək üçün vaxtından əvvəl hər hansı siyasi şərait.
Bu dəfə birinicilik davası, əsasən Əli Kərimlinin AXCP-si və REAL partiyaları arasında hiss olunmaq üzrədir.
Bu dəfə REAL partiyasının sədri İlqar Məmmədov statusunda Kərimlinin inqilab sevdasını lağ obyektinə çevirib: "1980-90'ların ən sevdiyim qruplarından biri Дересне Моде sən demə hələ də oxuyur: Məhsul stadionunda iki il əvvəl çəkdirdiyi klipin adı "Ə, bə inqilaf nooldu?"
Qarşılıqlı qısqanc münasibətlər AXCP ilə REAL arasında açıq şəkildə özünü büruzə verməkdədir.
 
 

İş ondadır ki, bu mənzərə mitinqlərlə bağlı fəallaşma fonunda özünü daha qabarıq göstərir. Əslində hər zaman belə olub: mitinq siyasi partiyaları təkcə vahid formada mübarizədə birləşdirməyib, eyni zamanda, görünən-görünməyən bir ixtilafın, qısqanclığın içərisinə sürükləyib.
Bu aktivlik, birincilik çabalarının qaynağı təkcə "mənim həmkarım məndən qabağa çıxmasın, mən çıxım” kimi qısqanc xarakter deyil.
Azərbaycan müxalifətinin bu ilin əvvəlindən başlanan gözlənilməz fəallığını, həm də onunla bağlamaq mümkündür ki, son illər Cənubi Qafqazda yaşanan siyasi proseslər fonunda hansısa qüvvələr müxalifəti yenidən gücü çatmayan işə girişməyə həvəsləndirib.
Təsadüfi deyil ki, Milli Şurada cəmləşən bəzi siyasilər öz açıqlamalarında paralellik apararaq Azərbaycanda da dəyişikliyin zamanının çatdığını iddia edirlər.
Ancaq unudulur ki, Azərbaycan daxili siyasi sabitliyinə görə Çənubi Qafqaz regionunda tamamilə fərqlənir.
Söhbət ondan gedir ki, öncə Gürcüstanda, sonra Ermənistanda cərəyan edən gərgin siyasi çəkişmələri, vətəndaş qarşıdurmasını, çevrilişləri Azərbaycanda da gerçəkləşdirmək istəkləri yeni deyil. Zaman-zaman bunun üçün müxtəlif planlar çızılsa da, hər dəfə hakimiyyət prosesdən daha da güclənərək çıxır. Bu dəfə də vəziyyət tamamilə iqtidarın xeyrinə cərəyan etməkdədir. Hakimiyyət əhalini narahat edən problemləri həll edərək, müxalifətin sosial məsələlərdən yararlanmaq imkanlarını heçə endirir.
Azərbayçanda irəlidəki dönəm ücün başqa ölkələrdəki ssenarisinin işlənməsi perspektivi real deyil. Azərbayçan reallığı hər iki ölkədəki durumdan (həm daxili, həm də xariçi faktorlar) tamamilə fərqlənir.
Azərbaycanda, illərdir gerşəkləşdirilən xariçi siyasətdən hər hansı bir kənarlaşma yoxdur. Xarici siyasətdəki uğurlar Azərbaycanın mövqelərini daha da gücləndirib, etibarlı tərəfdaşa çevirib.
Bu baxımdan Azərbaycandakı vəziyyəti dəyişmək, burada ciddi kataklizmlər yaratmaq mümkün deyil.
Müxalifət də bunu çox gözəl anlayır. İstənilən aktivlik cəhdi maddi mənbələr axtarıb tapmaq, siyasətdə maddi vəsaitlərlə plan quran, ssenarilər hazırlamaq istəyən xarici, hətta daxili qüvvələrlə bazarlıq şansı əldə etmək üçündür.
Birincilik yarışı isə, həm müxalifətdə əsas söz sahibi olmaq, həm də bu söz sahibliyi sayəsində görünməyən maddi vəsaitdən ən böyük payı qazanmaq məqsədilədir. Sadəcə bu qədər...
 
Elman Babayev