• cümə, 29 Mart, 04:50
  • Baku Bakı 7°C

Azərbaycan Müdafiə Nazirliyi: "Bu, Ermənistan xüsusi xidmət orqanlarının primitiv saxtakarlığı və iyrənc yalanıdır"

02.09.17 10:00 1166
Azərbaycan Müdafiə Nazirliyi: "Bu, Ermənistan xüsusi xidmət orqanlarının primitiv saxtakarlığı və iyrənc yalanıdır"
"Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir-birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər".
Bunu "Report"un sorğusuna cavab olaraq AzərbaycanMüdafiə Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki,Ermənistan KİV-lərində yayılan növbəti uydurmadan da xəbərdardılar: "Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər".
banner

Oxşar Xəbərlər