• cümə, 29 Mart, 12:07
  • Baku Bakı 14°C

Azərbaycan modeli ən uğurlu nümunələrdən sayılır

16.05.20 19:15 681
Azərbaycan modeli ən uğurlu nümunələrdən sayılır
Dünyada koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan modeli ən uğurlu nümunələrdən sayılır. Bunun bir neçə səbəbi var: ölkəmizdə karantin tədbirlərinin vaxtında tətbiqi, yoluxanların müayinəsi və müalicəsi üçün şəraitin yaradılması, əhalinin maarifləndirilməsi, sosial-iqtisadi dəstəyin göstərilməsi, dezinfeksiya vasitələrinin və tibbi maskaların istehsalı, epidemik göstəricilərə nəzarət, Azərbaycanın bir neçə beynəlxalq sammiti videokonfrans rejimində keçirməsi.
AZƏRTACxəbər verir ki, bunu Səhiyyə Nazirliyi aparatının rəhbəri Nadir Zeynalov İctimai Televiziyada yayımlanan "Diqqət mərkəzində” proqramında deyib. Aparat rəhbəri bütün bunların dünyada geniş maraq doğurduğunu və ölkə səhiyyəsinin daxili və beynəlxalq imicinə müsbət təsir göstərdiyini qeyd edib.
N.Zeynalov proqramda, həmçinin COVID-19 pandemiyası şəraitində milli səhiyyə sistemində görülən işlər, ölkə vətəndaşlarının səhiyyəyə inamı və digər vacib məsələlərdən söz açıb.
banner

Oxşar Xəbərlər