• cümə, 19 Aprel, 23:31
  • Baku Bakı 24°C

Azərbaycan MN və Pakistan Birləşmiş Qərargahı arasında işçi qrupunun növbəti görüşü keçirilir

17.01.18 15:30 723
Azərbaycan MN və Pakistan Birləşmiş Qərargahı arasında işçi qrupunun növbəti görüşü keçirilir
Yanvarın 17-də BakıdaAzərbaycan Müdafiə Nazirliyivə Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü başlayıb.
MN-dən APA-ya verilən məlumata görə, işçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici əlaqələr İdarəsinin rəisi general-mayor Muhammad Şafiq rəhbərlik edirlər.
Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunur.
İşçi görüşü yanvarın 18-dək davam edəcək.
banner

Oxşar Xəbərlər