• cümə, 29 Mart, 08:34
  • Baku Bakı 5°C

Azərbaycan MN Pentaqonla əlaqələri bərpa edir

14.07.15 11:46 1444
Azərbaycan MN Pentaqonla əlaqələri bərpa edir
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov ABŞ-nın Azərbaycandakı hərbi attaşesini Müdafiə Nazirliyinə (MN) dəvət edərək onunla fikir mübadiləsi aparıb və hərbi əməkdaşlıq sahəsində yaranmış soyuqluqdan təəssüf hissini ifadə edib.
APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, N. Sadıkov qeyd edib ki, ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı yürütdüyü ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi çıxış etməkdə davam edir və Əfqanıstanda həvalə olunmuş missiyanı uğurla yerinə yetirir.
Danışıqların sonunda N. Sadıkov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığı davam etdirməyə, hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazır olduğunu bəyan edib.
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bundan sonra Dövlət Departamentinin rəsmi şəxsləri tərəfindən hərbi əməkdaşlıq planlarının yerinə yetirilməsinə mane olması cəhdlərinin təkrarlanmayacağına, hərbçilərin isə razılaşdırılmış və təsdiq olunmuş planların siyasətçilər tərəfindən pozulmasına uymayacaqlarına və ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılacağına ümüdini ifadə edib", - deyə məlumatda vurğulanır.
MN-in məlumatında o da bildirilir ki, bir ilə yaxındır, Azərbaycanın ABŞ ilə əlaqələrində soyuqluq müşahidə olunur.
"ABŞ Dövlət Departamentinin ölkəmizə qarşı münasibətdə qeyri-konstruktiv siyasətinə baxmayaraq Azərbaycan bütün dünyaya özünün nailiyyət və müvəffəqiyyətlərini nümayiş etdirir. Dövlət Departamenti tərəfindən provokasiya xarakterli yazılar və fəaliyyətlər Azərbaycana 1-ci Avropa Oyunlarını yüksək səviyyədə keçirməsinə, sabit iqtisadi inkişafa nail olunmasına, bütün dünyadan olan jurnalistlərə və qonaqlara ölkəmizdəki demokratiya və azadlığı öz gözləri ilə görmələrinə imkan verilməsinə mane ola bilmədi. Bütün bunlar bizim Silahlı Qüvvələrin döyüş qabiliyyətinin real yüksəldilməsi fonunda baş verir", - deyə məlumatda qeyd edilib.

banner

Oxşar Xəbərlər