• şənbə, 20 Aprel, 17:37
  • Baku Bakı 23°C

Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəsi 42 dəfə pozub

20.01.17 10:45 697
Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəsi 42 dəfə pozub
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonununAğdam, Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt,Ağdamrayonunun Mərzili, Cəvahirli,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qorqan, Qaraxanbəyli,Cəbrayılrayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər,XocavəndvəFüzulirayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər