• cümə, 29 Mart, 14:42
  • Baku Bakı 14°C

Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəsi 17 dəfə pozub

11.10.16 10:01 664
Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəsi 17 dəfə pozub
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx,Ağdamrayonunun Baş Qərvənd,Füzulirayonunun Aşağı Seyidəhmədli,Xocavəndrayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy vəFüzulirayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər