• şənbə, 20 Aprel, 14:12
  • Baku Bakı 23°C

Azərbaycan MN: Erməni hərbçini öz əsgər yoldaşı öldürüb - Yenilənib

14.02.15 08:55 1132
Azərbaycan MN: Erməni hərbçini öz əsgər yoldaşı öldürüb - Yenilənib
13:55
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan ordusunun əsgəri xidmət etdiyi hərbi hissədəki intizamsızlığın qurbanı olub
"Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan ordusunun bu gecə öldürülmüş əsgəri xidmət etdiyi hərbi hissədə intizamsızlığın qurbanı olub". Bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. O bildirib ki, Ermənistan ordusunun əsgəri Arman Osipyan öz əsgər yoldaşı tərəfindən güllələnərək öldürülüb: “Bizdə məlumat var ki, o, Ermənistan ordusundakı nizam-intizamsızlığın, qarşılıqlı münasibətlərin pozulmasının qurbanı olub. Bu gecə iki erməni əsgəri arasında baş vermiş atışmada Osipyan aldığı güllə yarasından ölüb, onu vuran əsgər yoldaşı isə ağır yaralı vəziyyətdə saxlanılıb”.
Qeyd edək ki, bu gün Ermənistan saytları yerli vaxtla saat 04:40 radələrində Qarabağ cəbhəsində baş verən atışmada 1995-ci il təvəllüdlü əsgər Arman Sergeyeviç Osipyanın öldüyü barədə məlumat yayıb.
12:36
Cəbhə xəttində təxribatlara cəhd edən erməni tərəfi növbəti itki verib. APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, ötən gecə baş vermiş atışmada Dağlıq Qarabağ cəbhəsində xidmət edən erməni əsgəri Arman Sergeyeviç Osipyan öldürülüb. A. Osipyan bu gecə saat 04:40-da baş vermiş atışma zamanı aldığı güllə yarasından ölüb.
banner

Oxşar Xəbərlər