• şənbə, 20 Aprel, 05:23
  • Baku Bakı 15°C

Azərbaycan millisinin oyununda VAR sistemi tətbiq olunacaq

20.03.18 16:20 711
Azərbaycan millisinin oyununda VAR sistemi tətbiq olunacaq
Martın 27-də Türkiyənin Antalya şəhərində keçiriləcək Azərbaycan – Makedoniya yoldaşlıq oyununda VAR (video assistant referee) sistemi tətbiq olunacaq.
"Report"un məlumatına görə, bununla əlaqədar Türkiyə Futbol Federasiyası (TFF) AFFA-ya və Makedoniya Futbol Federasiyasına müraciət edib.
Hər iki milli assosiasiya TFF-nin müraciətini müsbət cavablandırıb.
Qeyd edək ki, "Mardan" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

banner

Oxşar Xəbərlər