• çərşənbə axşamı, 23 aprel, 23:14
  • Baku Bakı 20°C

“Azərbaycan millisini başqa cür təsəvvür edirdim”

11.11.14 09:38 1236
“Azərbaycan millisini başqa cür təsəvvür edirdim”
“Azərbaycan haqqında geniş məlumatım yoxdu. Yalnız sosial şəbəkələrdə Bakıya aid şəkillər görmüşəm. Paytaxtınız gözəldi”.

Bu sözləri apasport.az saytına açıqlamasında Norveç millisinin hücumçusu Aleksander Soderlund deyib.
AVRO-2016 seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda yığmamızın qonağı olacaq Skandinaviya təmsilçisinin futbolçusu ölkəmiz haqqında danışıb. O bildirib ki, Azərbaycan millisini ancaq eyni qrupa düşdükdən sonra tanıyıb: “Rusenborq”da oynamış komanda yoldaşlarımdan biri 2009-cu ildə Avropa Liqasının təsnifat mərhələsində Azərbaycanın “Qarabağ” klubu ilə üz-üzə gəldiklərini dedi. Həmin vaxt sizin komanda mərhələ keçib. Amma o illərdə mən İtaliyada oynayırdım. “Rusenborq”da cəmi 1 ildi çıxış edirəm. Yığmanız haqqında isə dərin məlumata malik deyiləm. Komandanızın qrupdakı nəticələrindən xəbərdaram. Son görüşdə Xorvatiyaya 0:6 hesabı ilə uduzublar. Bu nəticə mənim üçün gözlənilməz oldu. Çünki yığmanızı tam başqa cür təsəvvür edirdim. Ən azından qrupda III pilləyə iddialı komandalardan olduğunu düşünürdüm”.
Norveç millisini Azərbaycanla matçın favorit sayan futbolçu Bakıya 3 xal üçün gələcəklərini vurğulayıb: “Düzdü, oyundan öncə nəsə demək həmişə çətindi. Hər halda, favorit Norveç yığmasıdı. Bildiyim qədərilə komandanızın heyətində Avropanın tanınmış klublarında oynayan futbolçular yoxdu. Amma Almaniya və İtaliya kimi çempionatlarda norveçli futbolçular oynayır. Bu səbəbdən Norveç yığmasının Azərbaycanla oyunda favorit sayıram və çox güman, biz Bakıda qalib gələcəyik”.
27 yaşlı futbolçu bildirib ki, Bakıda xal itirsələr, bunu faciə saymayacaqlar: “Beynəlxalq miqyasda baş tutan bütün qarşılaşmalar çətindi. Ona görə də Bakıda xal itirsək, bunu faciəyə çevirməyəcəyik. Amma indiki halda, Azərbaycanla görüşdən qalib ayrılacağımızı düşünürəm”.
Soderlund, həmçinin bildirib ki, komandası Avropa çempionatının final mərhələsinə çıxmağa iddialıdı: “Biz qrupda birinciliyə iddia edirik. Çətindi, amma çalışacağıq ki, 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatına vəsiqə qazanaq. Azərbaycanla oyun da bu yolda bizim üçün önəmlidi”.
banner

Oxşar Xəbərlər